Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

 “Şuşa İli”nə həsr olunmuş konsert keçirilib

09.06.2022

04 iyun  2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi, Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə  Abşeron rayon Mədəniyyət evində Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin Bakı şəhərində fəaliyyət göstərən filialının  “Şuşa İli”nə həsr olunmuş konserti təqdim olunmuşdur.
Konsertdə uşaq musiqi və incəsənət məktəbinin rəhbərləri, mədəniyyət işçiləri və digər qonaqlar iştirak etmişlər.
İlk öncə Vətən müharibə şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir.
Konsertdə Uşaq İncəsənət Məktəbinin xor kollektivinin, xalq çalğı alətləri ansamblının, uşaqlardan ibarət xalq çalğı və aşıqlar ansamblarının çıxışları təqdim olunmuşdur.
Məktəbin müəllimləri Səfər İdrisov, Təyyar Mirzəyev , Qızqayıt İsayeva, Firdovsi Şahbəndəyev  və məktəbin  şagirdləri öz musiqi ifaları ilə çıxış etmişlər.

 

89.7 KB

 

97.8 KB